ŞƏKİDƏ KƏND RABİTƏSİNİN İNKİŞAFIDİQQƏT MƏRKƏZİNDƏDİR
Müəssisənin bütün sahələr üzrə iqtisadi-texniki göstəriciləri daha da yüksəlmiş, tarif gəliri üzrə proqnoz tapşırıqlarına artıqlaması ilə əməl olunaraq, 4 milyard 610 milyon manat gəlir əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 200 milyon manat çoxdur. Rabitə şəbəkəsində yeni texnologiyaların tətbiqinə də diqqət xeyli artmış, mərkəzi ATS-də “DSLAM” genişzolaqlı rabitə avadanlığının quraşdırılması nəticəsində internet abunəçilərinə göstərilən xidmətin səviyyəsi və keyfiyyəti daha da yaxşılaşmışdır. Hazırda qovşaq üzrə 577 internet abunəçisi vardır.
Cari ildə rayonun Çələbixan qəsəbəsində, Dərəcənnət və Köbər Zəyzid kəndlərində yeni elektron ATS-lərin tikintisi, daha 5 kənddə isə mövcud ATS-lərin genişləndirilməsi nəzərdə tutulur.