ŞƏKİDƏ KİMSƏSİZ UŞAQLAR ÜÇÜN XEYRİYYƏ TƏDBİRİ KEÇİRİLMİŞDİR
Tədbirdə Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının uşaq evləri və internat məktəblərindən dəvət olunmuş 1000 nəfərdən artıq kimsəsiz uşaq iştirak etmişdir.
Olimpiya İdman Kompleksinin icraçı direktoru Aydın Xəlilov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, xeyriyyə konsertinin əsas məqsədi xüsusi diqqətə və ictimai qayğıya ehtiyacı olan kimsəsiz uşaqlara xoş əhval-ruhiyyə, sevinc bəxş etmək, eyni zamanda, cəmiyyətin diqqətini problemin həllinə doğru yönəltməkdən ibarət olmuşdur.
Bir neçə saat davam edən tədbirin sonunda məhdud məsuliyyətli cəmiyyət tərəfindən kimsəsiz uşaqlara hədiyyələr paylanılmış, internat məktəbləri və uşaq evlərinə isə soyuducu, televizor, kompüter və sairə zəruri texniki avadanlırlar təqdim olunmuşdur.