Şəkidə payızlıq dən bitkilərinin əkin sahəsi 732 hektar artıb
Şəki, 8 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2021-ci ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. Rayonda builki mövsüm üçün 65 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılsa da, torpaq mülkiyyətçiləri 66 min 389 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 36 min 180 hektarını buğda, 29 min 923 hektarını arpa sahələri təşkil edir. Eyni zamanda, bu il rayonda 286 hektar sahəyə yaşıl yem üçün xəsil arpa da səpilib. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki mövsümlə müqayisədə 732 hektar artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Xatırladaq ki, ötənilki mövsümdə rayonda 65 min 471,7 hektar sahənin məhsulu biçilib, 198 min 718 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 30,3 sentner təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]