Şəkidə xurma və alma məhsullarının istehsalı və saxlanılması müəssisələrinə fitosanitar monitorinqlər keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şəki regional bölməsinin inzibati ərazi vahidinə daxil olan rayonlarda yerləşən xurma və alma məhsullarının istehsalı müəssisələrinə, həmçinin məhsulların saxlanc anbarlarına baxış keçirilib.
Aparılan monitorinqlər zamanı meyvələrin zərərvericilərlə sirayətlənməsi, istehsal zamanı hansı pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə olunması və anbarların fəaliyyət sahəsinə uyğunluğu yoxlanılıb.
Monitorinqlər zamanı sahibkarlara maarifləndirici məlumatlar verilib. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]