SƏKKİZ AYDA 725,2 MİLYARD MANATLIQ POÇT-RABİTƏ XİDMƏTİ GÖSTƏRİLMİŞDİR
Cari ilin səkkiz ayında poçt və rabitə müəssisələri tərəfindən idarə və təşkilatlara, habelə əhaliyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7 faiz çox xidmət göstərilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu sahədə faktiki qiymətlərlə 725,2 milyard manatlıq iş görülmuşdür.
Rabitə xidmətlərinin 77,8 faizi bilavasitə əhaliyə göstərilmişdir. Bu xidmətlərin həcmi 2002-ci ilin yanvar-avqust aylarındakından 26,9 faiz artıq olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]