Səkkiz ölkəni təmsil edən blogerlərin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb
Ağdam, 30 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə səfərdə olan dünyanın 8 ölkəsini təmsiln edən blogerlerin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Show me Azerbaijan” beynəlxalq blogerlər layihəsi çərçivəsində blogerlər ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin qalıqları ilə tanış olurlar.