İQTİSADİYYAT
Səlcuq Bayraktar: “TEKNOFEST” Ukrayna, İndoneziya, Özbəkistan kimi ölkələrdə də keçiriləcək
Bakı, 25 may, AZƏRTAC
“TEXNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalı Ukrayna, İndoneziya, Özbəkistan kimi ölkələrdə də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraktar deyib.
“Əlbəttə, bizim üçün qardaş ölkə Azərbaycan hər zaman birincidir. Düşünürəm ki, bu festival iki qardaş ölkənin kosmos dövlətinə çevrilməsi istiqamətində mühüm rol oynayacaq”, - deyə S.Bayraktar vurğulayıb.
Qeyd edək ki, Türkiyədən kənarda ilk “TEKNOFEST” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçiriləcək.