Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanılıblar
Bakı, 11 fevral, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon sakinləri Kənan Hüseynov və Raqif Abbasov idarə etdikləri “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillərlə yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduqları və avtoxuliqanlıq etdikləri məlum olub. Həmin şəxslər barəsində Şəmkir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Rafiq Abbasov 15 gün müddətinə inzibati qaydada həbs olunub və sürücülük hüququndan bir il müddətinə məhrum edilib. K.Hüseynovun törətdiyi qayda pozuntularına hüquqi qiymət verilməsi üçün barəsində toplanan material Gədəbəy Rayon Məhkəməsinə göndərilib.