Şəmkirdə mobil qruplar tərəfindən yoxlamalar davam edir
Şəmkir, 18 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Şəmkir rayonunda koronavirus pandemiyasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, polis şöbəsinin və digər müvafiq qurumların əməkdaşlarından ibarət mobil qruplar iri ticarət mərkəzlərində, kafe və restoranlarda, şadlıq saraylarında və digər qapalı məkanlarda yoxlamalar aparıb.
Mobil qruplar rayonda fəaliyyət göstərən şadlıq saraylarında toy şənliklərinin keçirilməsi ilə bağlı müvafiq qaydalara əməl edib-etməmələrinə nəzarət məqsədilə toy məclisinə gələn qonaqların COVID-19 virusuna qarşı vaksin pasportlarını yoxlayıblar. Keçirilən nəzarət tədbirləri zamanı bəzi vətəndaşlar tərəfindən karantin rejiminin tələblərinə etinasız yanaşıldığı aşkarlanıb.
Sakinlərlə profilaktiki söhbətlər aparılıb. Tövsiyə və tələblərə əməl edən obyekt sahibləri yeni qüvvəyə minən qaydalardan xəbərdar olduqlarını bildiriblər.