Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb
Şəmkir, 13 iyun, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahmudlu kənd sakini Ülvi Paşayevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs həmin bitkilər şəxsi istifadə üçün əkdiyini etiraf edib.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində də Könüllü kənd sakini Teyyub Məmmədovun həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.