Şəmkirdə oğurluq edən şəxs saxlanılıb
Bakı, 8 yanvar, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalarla Şəmkir rayon sakini Anar Nağdıyevin bu ilin yanvarında şəhər ərazisində yerləşən mağazaya qanunsuz olaraq daxil olaraq oradan 300 manat məbləğində nağd pul, ümumi dəyəri 800 manat olan 2 ədəd mobil telefon və kompüter oğurladığı müəyyənləşdirilib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A.Nağdıyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan çəkisi 485 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Şübhəli şəxs saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.