Şəmkirdə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini 1999-cu il təvəllüdü Zəhra Əhmədovanın öldürülməyə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaqla, aralarında yaranmış mübahisə səbəbindən 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Əfsun Əhmədova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:30]
Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər
- 13.06.2026 [12:55]
Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO
- 13.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 13.06.2026 [11:22]
Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək
- 13.06.2026 [10:18]
İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub
- 13.06.2026 [10:15]
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
- 13.06.2026 [09:15]