Sena çayı üzərindəki körpü yenidən təhlükəli vəziyyətə düşüb
Paris, 30 aprel, AZƏRTAC
Fransanın paytaxtı Parisdə, Sena çayı üzərində qurulan məşhur “Pont des Arts” körpüsü yenidən təhlükəli hala düşüb və təmirinə ehtiyac yaranıb.
AZƏRTAC xəbər verir ki, bu körpünün təmirinə 3 il əvvəl təxminən 2 milyon avro vəsait xərclənib.
Parisin 6-cı rayonunun bələdiyyə başçısı Jan-Pyer Lökok vəziyyəti tənqid edərək, Paris bələdiyyəsini laqeydlikdə günahlandırıb.
Qeyd edək ki, “Pont des Arts” 1980-ci illərdə yenidən qurulub, 2015-ci ildə “sevgi kilidləri”nin götürülməsi ilə yüngülləşdirilib, 2025-ci ildə isə taxta örtüyü tamamilə dəyişdirilib.
Paris Bələdiyyəsindən bildirilib ki, mayın 11-də körpünün əsaslı təmirinə başlanılacaq. Prosesin 8 həftəyədək davam edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:14]
Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]