“Sənin adınla bağlı” adlı maket baxış-müsabiqəsi keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Elm və Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” çərçivəsində Mərkəzin gənc rəssamları arasında “Sənin adınla bağlı” adlı maketlərə baxış-müsabiqəsi keçirib.
AZƏRTAC xəbər verir ki, gənc rəssamlar Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərlik etdiyi hər iki dövrdə Bakının ən görkəmli yerlərində inşa edilən gözəl memarlıq komplekslərinin (Heydər Əliyev Sarayı, Heydər Əliyev Mərkəzi, “Alov Qüllələri kompleksi, Xalça Muzeyi, Milli Gimnastika Arenası, Heydər Əliyev məscidi, Dəniz Mall, Bakı Kristal Zalı) maketləri üzərində işləyiblər.
Tədbirin sonunda gənc rəssamlar diplomlarla təltif olunublar.