SENTYABRDA BAKIDA NATO-NUN SƏHRA TƏLİMLƏRİ KEÇİRİLƏCƏK
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan NATO ilə “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində sıx əməkdaşlıq edir. Bu ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsselə səfəri zamanı “Fərdi tərəfdaşlığın əməliyyat Planı”nı NATO-nun baş katibinə təqdim etmişdir. Sentyabr ayında Bakıda “Kooperativ Best Effort-04” səhra təlimləri keçiriləcəkdir. Belə tədbirlər Azərbaycanı NATO-ya daha da yaxınlaşdırır.
General-polkovnik S.Əbiyevə qəbul üçün təşəkkür edən general-mayor H.H.Mammen “Qərargah zabitləri üçün hərbi terminologiya seminarı” ilə əlaqədar Bakıya gəldiyini söyləmişdir. Sonra o, NATO-nun Avropanın müxtəlif bölgələrində keçirdiyi tədbirlər haqqında Azərbaycanın müdafiə nazirinə məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi, onun nəticələri, ölkəmizin iri iqtisadi layihələrdə iştirakı, Silahlı Qüvvələrimizin inkişafı, sülhməramlı bölmələrinin qaynar nöqtələrdə iştirakı, hərbi təhsil sistemi, orduya çağırışın əsasları və digər məsələlər barədə qonaqla fikir mübadiləsi etmişdir.
General-polkovnik S.Əbiyev görüşün sonunda NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində Bakıda keçirilən seminara görə general-mayor H.H.Mammenə təşəkkürünü bildirmiş və ona hərbi xidmətində uğurlar arzulamışdır.