CƏMİYYƏT
Sentyabrın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24°, gündüz 27-32° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunundan 752 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 16-21°, gündüz 26-31° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24°, gündüz 31-36° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 20-24°, gündüz 28-33° isti, dağlarda gecə 15-20°, gündüz 20-25° isti olacağı gözlənilir.