Sentyabrın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 20-24°, günün birinci yarısında 24-28°, axşama doğru 24°-dək isti olacağı gözlənilir.
Bakıda gecə 21-23°, gündüz 25-27° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 753 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 18-23°, gündüz 29-34° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 19-24°, gündüz 24-28° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 16-21°, gündüz 22-27° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 20-24°, gündüz 28-33° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacaqdır.
Temperaturun gecə 20-24°, gündüz 25-30° isti, dağlarda gecə 14-19°, gündüz 20-25° isti olacağı gözlənilir.