Serbiyada 371 qeyri-qanuni mühacir saxlanılıb
Belqrad, 15 sentyabr, AZƏRTAC
Serbiyada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində 371 qeyri-qanuni immiqrant saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Subotiça, Sombor və Kikinda şəhərlərində həyata keçirilən əməliyyatlarda, həmçinin üç avtomat, iki tapança, 25 pasport və 12 şəxsiyyət vəsiqəsi götürülüb.
Qeyri-qanuni mühacirlərin immiqrasiya mərkəzlərinə aparılacağı və odlu silahların tapıldığı ərazidə araşdırmaların davam etdiyi bildirilib.
Həmçinin təhlükəsizlik qüvvələrinin Subotiçada patrul xidməti həyata keçirəcəyi də qeyd olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]