Serbiyada ailələrə ilk uşağa görə 2500 avro veriləcək
Belqrad, 24 noyabr, AZƏRTAC
Serbiyada əhalinin azalmasının qarşısını almaq üçün atılacaq addımlar açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç keçirdiyi mətbuat konfransında əhalinin sayının artırılması ilə əlaqədar görüləcək işlərdən danışıb. Prezident qeyd edib ki, ailələrə ilk doğulan uşağa görə 300 min serb dinarı (2500 avro) veriləcək. Bununla bağlı hüququ tənzimlənmə tezliklə həyata keçiriləcək. Tələbə olan gənc ailələr üçün universitetlərdə imtahan müddətləri tətbiq edilməyəcək. Dövlət tərəfindən gənc cütlüklərə bütün lazımi köməklik göstəriləcək, lakin mülkiyyət hüquqları anaya keçəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]