Sergey Lavrov ATƏT-in dərin böhran içində olduğunu bildirib
Moskva, 6 fevral, AZƏRTAC
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri İqnatsio Kassis ilə danışıqlar aparıb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər ATƏT-dəki böhranı və bütün iştirakçı dövlətlərin maraqlarını nəzərə alaraq yığılmış problemlərin həlli yollarını müzakirə ediblər. Danışıqları açan Rusiya diplomatiyasının rəhbəri təşkilatın dərin böhran içində olduğunu və özünüməhv etmək təhlükəsi ilə üzləşdiyini bildirib. “Səbəb çox sadədir: Qərb ölkələrinin əksəriyyətinin Helsinki Yekun Aktında və sonrakı illərdə ATƏT-in zirvə görüşlərində qəbul edilmiş bəyannamələrdə təsbit olunmuş yüksək prinsiplərdən radikal şəkildə uzaqlaşması”, - deyə Rusiyanın xarici işlər naziri qeyd edib.
İsveçrənin xarici işlər naziri İqnatsio Kassis ATƏT-in Ukraynada atəşkəsin təşviqindəki rolunu müzakirə etmək istədiyini bildirib. O vurğulayıb: “Mən bu təşkilatla (ATƏT – red.) qapıları açmaq üçün buradayam. Son üç ildə eyni düşüncəli ölkələr arasında dialoq aparmaq mümkün olmayıb və biz buna diqqət yetirmək istərdik... Təşkilata müzakirələr aparmağa, sülh planının və atəşkəsin imzalanmasına hazırlaşmağa imkan yaradacaq bir rol vermək imkanını müzakirə edəcəyik”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [16:00]
Pakistanda antiterror əməliyyatı: 24 silahlı zərərsizləşdirilib
- 06.02.2026 [15:52]
“Kristina” qasırğası Portuqaliyaya azı 4 milyard avro ziyan vurub
- 06.02.2026 [15:41]
Türkiyədə zəlzələ olub
- 06.02.2026 [15:03]