Sərhədçi İdman Mərkəzinin rəisi: Bu yarışın keçirilməsi idmançılarımıza təcrübə qazandıracaq VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
“Bu yarışın keçirilməsi idmançılarımıza təcrübə qazandıracaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sərhədçi İdman Mərkəzinin rəisi Elşən Mirzəyev Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının mətbuat konfransında danışarkən deyib.
O, idmançıların bu yarışlarda iştirak etmək üçün bir sıra təlim-məşq toplanışlarında iştirak edəcəklərini bildirib: “Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında iştirak edəcək heyətimiz hazırdır. Turnirdə sərbəst güləş üzrə 103, yunan-Roma güləşi üzrə 156 iştirakçı olmaqla ümumilikdə 259 idmançı və 87 rəsmi şəxsin iştirak edəcəyi dəqiqləşib”.