Azərbaycan Dövlət İnformasiya Agentliyi

Serj Sarkisyan öz xalqının tarixini növbəti dəfə “qədimləşdirmişdir”

Bakı, 18 oktyabr (AZƏRTAC). Ermənistan prezidenti Serj Sarkisyan şənbə günü Gorusda diaspordan olan jurnalistlər qarşısında çıxışında özünün sərsəm tezisləri ilə bütün dünyanın elmi ictimaiyyətini növbəti dəfə heyrətləndirmişdir. Ölkə rəhbəri bu dəfə KİV nümayəndələrinə hansısa “araşdırma”nın nəticələri barədə məlumat verməyi qərara almışdır.

Ermənistan prezidenti lovğalanaraq demişdir: “Tərkibində bircə nəfər də erməni olmayan genetik və dilçi alimlərin böyük bir qrupu mürəkkəb və uzunmüddətli araşdırma aparmışdır. Son məlumatlara görə, erməni dilinin ən azı 8 min illik tarixi vardır. Bu o deməkdir ki, biz bir millət kimi ən azı 8 min ildir mövcuduq”.

Məlum olduğu kimi, indiyə qədər ermənilər bütün dünyaya car çəkirdilər ki, bu millət “4500 illik tarixə malikdir”. Hərçənd, bu fikrin də heç bir elmi əsası yox idi və o, sırf siyasi məqsədlərə xidmət edirdi. Bu dəfə isə Serj Azatoviç “xırdaçılıq” etməməyi və ermənilərin tarixini birdən-birə az qala iki dəfə “qədimləşdirməyi” qərara almışdır. Əgər bu əyləncəli riyaziyyat bu surətlə davam edərsə, yaxın vaxtlarda ermənilər pterodaktillərdən və dinozavrlardan da qədim olacaq, Darvinin təkamül nəzəriyyəsi altı üstünə çevriləcəkdir. Onda bütün ermənilərin prezidentinin təkəbbürlə istinad etdiyi və tərkibində heç bir erməni olmadığı fəxrlə bəyan edilən, lakin nədənsə adı məlum olmayan “genetik və dilçilər qrupu” fal açmalı olacaq: görəsən, kim kimdən əmələ gəlib: homo sapiens meymundan, yoxsa meymun ermənidən?

Əlbəttə, əvvəllər elektrotexnika zavodunda çilingər işləmiş prezidentin ciddi elmi təhsilinin olmaması onun antropologiyadan və dilçiliyin əsaslarından tamam bixəbər olmasına, eləcə də komandasında ağıldankəm spiçrayterlərin mövcudluğuna əsla haqq qazandırmır. Əgər Sarkisyan bu cəfəngiyatı elm korifeylərinin iştirak etdiyi ciddi akademik forumda dilə gətirsəydi, onu dərhal lağa qoyardılar! Dünyada heç bir dil, xüsusən bu dilin daşıyıcısı olan xalqın Amazonka cəngəlliklərində, yaxud başqa bir planetdə, təcrid olunmuş şəkildə, başqa dillərin daşıyıcıları ilə əlaqə saxlamadan deyil, çoxsaylı etnosların arasında və tarixi hadisələrlə, miqrasiya prosesləri ilə çox zəngin olan Ön Asiya kimi bir regionda yaşadığı halda, 8 min il ərzində dəyişməz şəkildə mövcud ola bilməz! Prezidentləri üçün belə bir sərsəm nitqi yazanlar, görünür, heç fikirləşməyiblər ki, əgər erməni alimləri cəmi minillik tarixə malik olan orta əsr əlyazmalarını çətinliklə oxuyur və başa düşürsə, (dil isə daim inkişaf etmək və dəyişmək xassəsinə malikdir), onda erməni dilinin səkkiz min illik tarixi haradan yarana bilər? Bəlkə də spiçrayterlər “erməni dili” və “insanın aydın başa düşülə bilən tərzdə danışmaq qabiliyyəti” anlayışlarını eyniləşdirməyi qərara alıblar?

Elə həmin çıxışında Ermənistan prezidenti vaxtilə öz torpaqlarını onun əcdadlarına vermiş və köçkün hayları bu ərazidə qəbul etmiş qonşu xalqın tarixini “qısaltmağa” cəhd göstərmişdir. Onun sözlərinə görə, “Azərbaycan sözü cəmi bir əsr bundan əvvəl yaranmışdır”. Deməli, keçmiş çilingərin xəbəri yoxdur ki, “Azərbaycan” sözü qədim “Atropatena” sözünün ərəbləşdirilmiş formasıdır, “Atropatena” sözü isə cəmi bir əsr bundan əvvəl heç cür yarana bilməzdi. Bunu, elə həmin gün “Azərbaycan dövləti və “Azərbaycan” adı dünya xəritəsində ilk dəfə 1918-ci ildə yaranmışdır” deyən keçmiş bioloq Şavarş Koçaryan da bilmir.

Ermənistan XİN başçısının müavini bilməli idi ki, 1918-ci ildə dünya xəritəsində “Azərbaycan” adı deyil, Azərbaycan Respublikası yaranmışdır. Azərbaycan adının isə eynilə Atropatena adı qədər yaşı vardır. Yeri gəlmişkən, 1918-ci ilə qədər heç bir manuskriptdə “Ermənistan Respublikası” termininin də adı çəkilməmişdir. İstəyirsinizsə, salnamələrə nəzər salın və onlarda “Ermənistan Respublikası” sözünü tapmağa çalışın. Belə respublika olmamışdır! İndi nə olsun, deyək ki, Ermənistan da yoxdur? Buradan belə çıxırmı ki, o vaxta qədər erməni xalqı da olmamışdır?

“Sovet İttifaqı” termininin də dil dövriyyəsinə daxil olmasından bir əsrdən az vaxt keçmişdir. Bu, yeni dövlət idi və onun adı da yeni idi. Lakin ermənilərin başabəla rəhbərlərinin məntiqinə görə bu o deməkdirmi ki, 1922-ci ilə qədər Sovet İttifaqının bütün ərazisində heç kəs yaşamamışdır, planetin ərazisinin 1/6 hissəsi məskunlaşmamış, sonradan küll halında sovet xalqı adlanan bütün insanlar isə bu yerə göydən düşmüşlər? Biz hamımız SSRİ tarixi kursunu öyrənmişik. Bu tarix 1922-ci ildən deyil, ən qədim dövrlərdən başlanırdı. Sovet dövründə Araz çayının hər iki sahilində yaşayan Azərbaycan türklərinə “azərbaycanlılar” kimi yeni və müxtəsər ad verilməsi faktına görə bu xalqın öz çoxəsrlik tarixi ilə, öz keçmişi ilə əlaqələri əsla qırılmır və bu xalq “göydən düşmüş” elan edilmir. Sovet dövründə bu xalqın özü deyil, xalqın yeni adı yaranmışdır.

Bu tezisin gülməli cəhəti ondan ibarətdir ki, əgər Sarkisyanın və Koçaryanın məntiqinə əsaslansaq, onda bu gün nə Ermənistandan əsər-əlamət var, nə də ermənilərdən, çünki onlar öz respublikalarını Hayastan, özlərini isə hay adlandırırlar. Əslində bu düzgündür, çünki bugünkü Ermənistan Respublikası ilə xalis coğrafi termin olan və bütünlüklə Türkiyə ərazisində yerləşmiş Ermənistan arasında, eləcə də friqiya hayları ilə “ermənilər” arasında heç bir əlaqə, heç bir ümumi cəhət yoxdur. “Ermənilər” isə ayrıca etnik qrup deyil, çox güman ki, coğrafi ərazi mənasında Ermənistan yaylasının sakinləridir (məsələn, sibirlilər deyəndə coğrafi mənada Sibirin sakinləri, afrikalılar deyəndə coğrafi mənada Afrikanın sakinləri, dağıstanlılar dedikdə coğrafi mənada Dağıstanın sakinləri başa düşüldüyü kimi). Buna görə də, Serj Azatoviç zəhmət çəksin, diaspordan olan jurnalistlərinə izah etsin görək, onun xalqının nümayəndələri öz dövlətlərini öz aralarında utana-utana “Hayastan”, özlərini isə “hay” adlandırdığı halda onun coğrafi mənada Ermənistanla heç bir əlaqəsi olmayan dövləti “Ermənistan” adını nə üçün özbaşına mənimsəmişdir.

Xankəndi ərazisində guya az qala V əsrdən mövcud olmuş “Vararakn” adlı “erməni məskəni” də eyni qayda ilə tələm-tələsik “icad edilmişdir”! Ağdamın yerində bir “Tiqranakert”imiz var. Sarkisyan özü də etiraf etmişdir ki, bura ermənilərin vətəni deyildir. Belə çıxır ki, ya Ermənistan prezidenti başabəla erməni arxeoloqlarının qazıntı işləri nəticəsində aşkar etdikləri mifik “Tiqranakert”in də, onun tələm-tələsik uydurulmuş adının da cəfəngiyat olmasını etiraf etməklə onları biabır etmiş, ya da özü xaincəsinə öz vətəninin bir hissəsindən üz döndərən yarımçıq erməniyə çevrilmişdir. Hərçənd, məsələ bunda deyil - əgər erməni saxtakarlarına müvafiq tapşırıq verilsə, onlar günü sabah Vaşinqtonun yerində “Serjakert” deyilən “qədim erməni məskəni”, Kamçatkada isə xaçkarlar və erməni dilində “çağlayan” bulaqlar “aşkar edəcəklər”. Biz erməni elminin saxtakarlıqlarına və erməni dövlət təbliğatının sərsəmləməsinə artıq çoxdan adət etmişik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu