Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərq musiqisinin sönməz günəşi

Şərq musiqisinin sönməz günəşi

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və Azərbaycan Bəstəkarlar İttifaqı

Bakı, 19 sentyabr, AZƏRTAC

2009-cu ildən bəri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı yenidən 16-cı dəfə musiqisevərləri bir araya gətirdi. Məlumdur ki, bu festivalın keçirilməsində və Üzeyir bəy irsinin əbədiyaşarlığında Heydər Əliyev Fondunun layihələri mühüm əhəmiyyət kəsb edir. Bu da ondan irəli gəlir ki, Fondun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli sərvətlərimizin və eyni zamanda, Üzeyir bəyin irsinin yaşadılmasına xüsusi qayğı və diqqətlə yanaşır. Mehriban xanımın 2009-cu ildə keçirilən “Muğam aləmi” Beynəlxalq Elmi Simpoziumunda çıxışı zamanı deyib: “XX əsrin əvvəlində dahi Üzeyir Hacıbəyli öz yaradıcılığının timsalında ənənəvi muğamla müasir Azərbaycan musiqisi arasında körpü sala bildi. Beləcə Fikrət Əmirovun və Niyazinin simfonik muğamlarına, Qarayevin simfonizminə və XX əsr Azərbaycan musiqisinin bir çox başqa uğurlarına yol açıldı”.

Həqiqətən də bu gün biz hamımız Üzeyir Hacıbəylinin yaradıcılığı, onun ölməz musiqisi ilə fəxr edirik. Odur ki, hər il bu festivalı sənətsevərlər səbirsizliklə gözləyir.

Bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayevanın “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və Azərbaycan Bəstəkarlar İttifaqı” sərlövhəli yazısında yer alır. AZƏRTAC yazını təqdim edir.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarında demək olar ki, ölkənin bütün musiqi ictimaiyyəti yaxından iştirak edir. Bu mənada Azərbaycan Bəstəkarlar İttifaqında tədbirlərin keçirilməsi artıq bir ənənəyə çevrilib. Bu ənənənin əsasını təşkil edən vacib məsələlərdən biri Üzeyir Hacıbəylinin irsinə dair elmi konfransların keçirilməsidir. Bu konfranslarda musiqişünas-alimlərin Üzeyir bəylə bağlı araşdırmaları təqdim olunur. 2024-cü ildə Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyinə həsr olunan tədbirlər silsiləsində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları çərçivəsində keçirilən elmi konfransların çıxışlarına əsaslanan məqalələr toplusu nəşr olunub.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə məqalələr toplusuna “Ön söz”də Üzeyir Hacıbəyli yaradıcılığını yüksək dəyərləndirərək onu “Şərq musiqisinin sönməz günəşi” adlandıraraq yazır: “Üzeyir bəy irsi elə bir xəzinədir ki, daim tədqiqatçıların diqqət mərkəzindədir və yeni-yeni elmi əsərlərin yaranmasına səbəb olur”.

Təqdim olunan elmi məqalələr toplusunda Üzeyir bəylə yanaşı, onunla eyni ildə və eyni gündə, yəni 1885-ci il sentyabrın 18-də anadan olan, sənətkarın yaxın silahdaşı M.Maqomayevə də həsr olunan məqalələr öz əksini tapır. Məlum olduğu kimi, hər iki bəstəkarın Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında və inkişafında böyük xidmətləri olmuşdur. Topluya daxil olan məqalələrdə Ü.Hacıbəyli və M.Maqomayevin yaradıcılığı yeni rakurslarda, müxtəlif aspektlərdən təhlil edilir. Ümumiyyətlə, topludan məqalələri belə qruplaşdırmaq olar:

1.Ü.Hacıbəylinin operalarının və musiqili komediyalarının tədqiqi;

2.Ü.Hacıbəylinin xalq musiqisinə dair elmi tədqiqatlarının tədqiqi;

3.Ü.Hacıbəyli və M.Maqomayevin yaradıcılığına elmi-publisistik səpkidən yanaşma;

4.Ü.Hacıbəyli və M.Maqomayev yaradıcılığında folklor.

Topludakı məqalələrlə tanışlıqdan sonra istər-istəməz oxucuda belə bir fikir yaranır. Üzeyir Hacıbəylinin musiqisinin yarandığı vaxtdan bir əsrdən çox keçmişdir. Onun musiqisi bu gün də təravətli səslənib, Azərbaycanın hüdudlarından çox kənarda özünə böyük dinləyici auditoriyası toplamaqdadır. Azərbaycanın Xalq artisti Alim Qasımov və onu qızı Əməkdar artist Fərqanə Qasımovanın ifasında “Leyli və Məcnun” operasının qısaldılmış variantda tar və kamança qatılmaqla məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək yolu” ansamblı ilə ifası buna əyani nümunədir. Məhz bu uğurlu ifadan sonra əsərin yeni rəqs variantı yaranır və xoreoqraf Mark Morrisin quruluşunda okeanın o tayında – Amerikada əsər tamaşaya qoyulur, Çikaqo və Vaşinqtonda böyük alqışlarla qarşılanır.

Ü.Hacıbəyli “Leyli və Məcnun” operasının Amerika səhnəsində balet təcəssümünü topluda sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirovanın konfransdakı məqaləsində çox maraqlı faktlarla işıqlandırılmışdır. Müəllif bu sensasiyalı tamaşanın dizayn və geyimlərindən də bəhs etmiş, quruluşçu rəssamın səhnə geyimlərində əsas çalarları Azərbaycanın Dövlət Bayrağının qırmızı və mavi rənglərindən ibarət olması seçimini vurğulamışdır.

Könül xanım öz məqaləsində əsərin balet versiyasının yaradıcılarından çox maraqlı sitatlar gətirir. Bu sitatlardan birini nəzərinizə çatdırmaq istərdik: “Bu gün bütün dün¬ya¬da müsəlmanlara qarşı dözümsüzlük görürük, lakin biz İslam mə¬də¬niyyətini fərqli prizmadan göstərməyə çalışdıq. “Leyli və Məc¬nun” çox lirik hekayədir. Siyasət və iqtisadiyyat insanlar arasında fərq yarada bilər, amma incəsənət yox”. K.Nəsirovanın məqaləsində işıqlandırılan tamaşa Üzeyir Hacıbəylinin musiqisinin, Şərqdə ilk operanın, dünya musiqisində analoqu olmayan bir janrın – muğam operasının dünya musiqisində təntənəsidir.

Topluda Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasına dair bir neçə çıxış-məruzə özünə yer almışdır. Xalq artisti, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovun “Üzeyir Hacıbəyli və erməni sənətçilərin “mədəni” təcavüzü”, Əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyevin “Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri xarici ölkə teatrlarının səhnələrində”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılovanın “Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilən filmin yaranma tarixi və ekran həyatı” məruzələrində bu mövzu müxtəlif bucaqlar altında işıqlandırılır.

Eyni zamanda, topluda respublikanın Əməkdar incəsənət xadimi, professor, akademik Zemfira Səfərovanın “Üzeyir Hacıbəylinin elmi irsi türk xalqlarının musiqi müstəvisində”, AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Məmmədovanın “Hüseynqulu Sarabski Üzeyir Hacıbəylinin operalarının ilk tamaşalarında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadənin “Üzeyir Hacıbəylinin “Koroğlu” operasında epik koqnitiv modellərin təfsirinə dair”, sənətşünaslıq üzrə elmlər doktoru, professor Aytac Rəhimovanın “Xalq musiqimizin bərabər temperasiya sisteminə keçməsində Üzeyir Hacıbəylinin rolu”, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın “Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin milli musiqişünaslığın inkişafında rolu” və “Azərbaycan bəstəkarlıq məktəbinin yaranıb formalaşmasında Ü.Hacıbəyli və M.Maqomayevin birgə fəaliyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev dostluğu məktubların izi ilə” və “Üzeyir Hacıbəyli irsinin radio və televiziyada təbliği”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığında xalq rəqslərinin tədqiqi və istifadəsi məsələləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədovanın “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yaradıcılığında qəhrəmanlıq mövzusu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Jalə Qulamovanın “Üzeyir Hacıbəylinin “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin “Üzeyir Hacıbəyli şəxsiyyəti Zemfira Səfərovanın elmi yaradıcılığında” adlı məqalələri daxildir.

Bütün bu tədqiqat işləri müxtəlif illərdə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivallarına musiqişünas alimlərimizin töhfələridir. Bu ilki festivalda da Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli – akademik” mövzusunda elmi konfrans keçiriləcək. Əminik ki, sentyabrın 24-də Bəstəkarlar İttifaqının konfrans zalında baş tutacaq elmi konfransda musiqişünaslarımız Üzeyir bəy irsindən yeni araşdırmalarını musiqi ictimaiyyətinə təqdim edəcəklər. Onu da qeyd edək ki, festival çərçivəsində bəstəkarlarımız da yeni əsərlərini təqdim edirlər. Bu il də ənənəyə sadiq qalan bəstəkarlarımız sentyabrın 25-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli konsert salonunda kamera əsərlərindən ibarət konserti keçiriləcək. Ümidvarıq ki, XVI Beynəlxalq Üzeyir Hacıbəyli Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının bu tədbirləri də yadda qalan olacaq.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO