Şərqi Asiyada anomal şaxtalar: Yaponiyada beş nəfər ölüb
Bakı, 26 yanvar, AZƏRTAC
Şərqi Asiyada anomal şaxtalar hökm sürür. Kəskin hava şəraiti Yaponiyada beş nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yanvarın 24-25-də Yaponiyada güclü qar səbəbindən 300-ə qədər daxili aviareys ləğv olunub. Bundan başqa Fukuşima və Sindze şəhərləri arasında sürət qatarlarının hərəkəti dayandırılıb.
Cənubi Koreyada bu həftə havanın temperaturu mənfi 14 dərəcəyə, bəzi rayonlarda hətta mənfi 30 dərəcəyə enib.
Asiyanın digər ölkələri də güclü şaxtalardan əziyyət çəkir. Əfqanıstan tarixində ən sərt qışını yaşayır. Yanvarın əvvəlindən bəri ölkədə hökm sürən şaxtalı hava 157 nəfərin həyatına son qoyub.
Rusiyanın şərqində yerləşən bəzi regionlarda termometrlər mənfi 70 dərəcəni göstərir. Qırğızıstanda isə İssk-Kul (İsti göl) gölü buz bağlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]