Şərqşünas-alim Ankarada keçirilən beynəlxalq konfransda məruzə edib
Bakı, 17 mart, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova martın 16-18-də Türkiyənin paytaxtı Ankarada keçirilən Beynəlxalq Ankara Multidisiplinar Elmlər Konfransında onlayn iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas-alim konfransda “İranda türk mənşəli toponimlərin araşdırılması” mövzusunda məruzə edib. Azərbaycan müstəqillik əldə edildikdən sonra dilçilərin qarşısında duran məsələlərdən birinin, qonşu dövlətlərin, türk mənşəli toponimlərinin araşdırılması olduğunu deyən A.Həsənova coğrafi adların, toponimlərin müxtəlif növləri arasında həm tarixi, həm də genetik əlaqə mövcud olduğunu qeyd edib. Məruzəçi bildirib ki, İranın 24 ostanında türklər çoxluq təşkil edir və toponimlər də çox qədimdir.
Qeyd olunub ki, coğrafi adlar hər hansı ərazidə tarixən mövcud olmuş və hazırda da yaşayan xalqların tarixi keçmişini, mədəniyyətini, iqtisadiyyatını, ictimai və sosial vəziyyətini, adət və ənənəsini, eləcə də dillərinin aradan çıxmış, arxaikləşmiş, müəyyən xüsusiyyətlərini əks etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]