Sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk həftəsindən etibarən sağalanların sayında artım müşahidə olunub
Bakı, 3 iyul, AZƏRTAC
İyunun 15-dən 21-dək olan müddətdə Azərbaycanda ümumilikdə 2772 nəfər koronavirusa yoluxub. Həmin həftə 1216 nəfər sağalıb, 35 nəfər vəfat edib. İyunun 22-28-də isə 3695 yoluxma, 2227 sağalma, 44 ölüm halı qeydə alınıb. Sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk həftəsindən etibarən sağalanların sayında artım müşahidə olunub. Bu da yeni yoluxma hallarının nisbətən sabitləşməsi ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlının sözlərinə görə, tətbiq olunan sərtləşdirilmiş xüsusi karantin rejimi rəqəmləri sabit saxlamağa imkan versə də, bu yetərli deyil: “Kumulyativ olaraq sağalanların xəstəxanadan evə yazılmasının gecikməsi ilə əlaqədar xəstəxanaların üzərində yük artır. Məqsədimiz odur ki, karantinlə sabitləşən say vətəndaşların məsuliyyəti ilə azalmağa doğru getsin və mənfi dinamika aradan qalxsın”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]