Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seymin qürubu və Azərbaycan Cümhuriyyətinin yaranması - məqalə

Seymin qürubu və Azərbaycan Cümhuriyyətinin yaranması -  məqalə

Bakı, 25 may, AZƏRTAC

Köhnə təqvimlə 1918-ci il martın 18-də erməni-daşnak və bolşevik hərbi hissələri Bakıda, Şamaxıda dinc əhaliyə qarşı kütləvi qırğınlar törətdi. Tiflisdə Zaqafqaziya Seymi isə minlərlə insanın qətliamını adi hadisə kimi dəyərləndirməyə cəhd göstərirdi. Dövlət qurumunun bu laqeydliyi bəlkə də onunla bağlı idi ki, soyqırımı hadisəsinə qədər Zəngəzur, Göyçə, Qarabağ mahallarında müsəlmanlara qarşı qətllər törədilir, əhali qarət edilir, zavallıların halına acıyan tapılmırdı. Zəngəzurun Kürdlər, Pöhrəli, Dəyə, Məlikkətli, Şikar, Şəki, Yaqub, Qızılcıq kəndləri daşnak terrorçuları tərəfindən yandırılır - vicdanı sızıldayan tapılmır. Məlikkətlinin daşı-daş üstdə qalmır, 150 nəfər kənd əhli bir gecədə məhv edilir, elə bil tarixdə belə bir kənd yox imiş. İrəvan quberniyasında 197 müsəlman kəndi yerlə-yeksan olunur, onminlərlə günahsız insan qılıncdan, süngüdən keçirilir - insanlıq naminə haqq sözü söyləyən elə bil qəhətə çıxmışdı...

AZƏRTAC xəbər verir ki, bu fikirlər filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Seymin qürubu və Azərbaycan Cümhuriyyətinin yaranması” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Zaqafqaziya Seyminin Bakı, Şamaxı soyqırımına həsr edilmiş 1918-ci il 20 mart tarixli iclası Nikolay Çxeidzenin sədrliyi və Əlixan Qantəmirovun katibliyi ilə saat 12:40-da başlayır. Sədr çöhrəsində süni kədər ifadə etməyə çalışaraq deyir: “Dünən Zaqafqaziya hökuməti Bakı hadisələri haqqında fikirlərini müəyyənləşdirdi. Bakıya nümayəndə heyəti göndərmək zəruridir. Hökumət Seymə xahişlə müraciət edir ki, nümayəndə heyətinin tərkibinə layiq bildiyiniz şəxslərin adını deyin... Təklif olunur ki, Bakıya İbrahim bəy Heydərov, Tiqranyan, Oniaşvili, Mustafa bəy Mahmudov və Cavad bəy Məlik-Yeqanov göndərilsin. Etiraz yoxdursa, deməli, qərar təsdiq olunur”.

Tələm-tələsik, müzakirəsiz elan edilən qərar, ilk növbədə, Seymin müsəlman (Azərbaycan- red.) fraksiyasını razı salmır. Müsavat və bitərəflər fraksiyasının sədri Məhəmməd Əmin Rəsulzadə söz alaraq üzünü sədrə tutub əsəbi tonda deyir: “Cənab Nikolay Semyonoviç! Bu ilin 17-21 fevralında İrəvan quberniyasında müsəlmanlara (azərbaycanlılara- red.) qarşı törədilən faciələrin, Sadaxlıda baş verən cinayətkar hadisələrin, indi də Şamaxıda, Bakıda törədilən və hələ də davam etdirilən qətliamların, kütləvi qırğınların rəhbərləri və icraçıları bəlli ikən Seymin nümayəndə heyətini Bakıya göndərməyə nə lüzum var? Müsəlman əhalisini, bütövlükdə Qafqazın demokratiyasını xilas etmək üçün Bakıya nümayəndə heyəti yox, daşnak-bolşevik tör-töküntülərindən azad etmək üçün hərbi hissələr göndərmək lazımdır”.

Yerdən səslər ucalır: Doğrudur, doğrudur... Daşnak partiyasının nümayəndələri narahatçılıq keçirərək etiraz edirlər. M.Ə.Rəsulzadə fikrini davam etdirərək deyir: “Seymin Daşnaksütyun firqəsinin üzvlərindən bəziləri Bakı hadisələrində müsəlmanları (azərbaycanlıları) və müsavat firqəsini ittiham edir. Firqəmizin və bitərəflərin adından rəsmi bəyan edirəm: Belə fikirlər məqsədyönlü şəkildə yayılır və millətimizə, firqəmizə qarşı iftiralardan, böhtandan və cəfəngiyatdan başqa bir şey deyildir!

Seymin Daşnaksütyun firqəsinin nümayəndələrindən bəziləri isə Bakı qırğınlarını bolşevik hərbi hissələrinin törətdiyini bildirirlər. Əslində isə bu hissələr erməni hərbi hissələridir və burada ermənilər xidmət edir. Daşnaksütyun firqəsinin bu hərbi hissələr üzərində fövqəladə təsir imkanları vardır.

Əgər Zaqafqaziya hökuməti, Zaqafqaziya Seymi bu məqamları nəzərə alaraq cəsarətli addımlar atmasa, minlərlə günahsız müsəlmanın qatillərini lənətləməsə, onda nə həmrəylikdən, nə demokratiyadan, nə də Zaqafqaziyanın xoşbəxtliyindən danışmağa dəyməz!”

Sonralar Seymin katibi olmuş, yeni qərarla Bakıya göndərilən nümayəndə heyətinin tərkibinə daxil edilən Mustafa Mahmudov Bakı hadisələri ilə əlaqədar fikir söyləmək fürsətini qaçırmır, M.Ə.Rəsulzadədən daha sərt şəkildə Seym üzvlərinə müraciətlə deyir: “Burada deyildi ki, hökumət qaçqınları xilas etmək üçün Bakıya zirehli qatar göndərib. Elə bil hökumətin vəzifəsi yalnız qaçqına kömək etməkdir, onları zorakılıqdan, zülmdən qorumaq yox... Bakı hadisəsi çoxdan gözlənilirdi. Güman edirdik ki, hadisə dəf ediləcək, ölçülər götürüləcək. Tərpəniş olmadı. Əvəzində müsəlman hissələrindən vintovkaları da yığışdırdılar. Bakı qətliamı rəhbər sferanın müsəlmanlara etibar etməməyinin acı nəticəsidir.

Əgər müsəlman hissələri vaxtında silahlandırılsaydı, biz bu böyük faciənin, bu qanlı hadisələrin şahidi olmazdıq. Əgər hadisələr belə təhlükəli məcraya yönəlirsə, silahsız insanlar bombalanırsa, əhalinin yarısı əsir alınırsa onda burada danışmağa dəyməz. Biz təklif edirik: Seymin iclası dayandırılsın, hökumətin fövqəladə iclası çağırılsın, Bakıda fəlakətin qarşısını almaq üçün təcili ölçü götürülsün. Əgər Zaqafqaziya hökuməti bu qanlı qırğınların qarşısını almağı bacarmasa, nəticə kədərli olacaq. Bu gün bizə Şamaxı hadisələri barədə də məlumat verildi. Bizim fikrimizcə, bu da Bakı qətliamının eynidir. İclasın əvvəlində Bakıya nümayəndə heyəti göndərmək barədə qərar qəbul edildi. Bakıya nümayəndə heyəti yox, hərbi qüvvələr göndərilməlidir”.

Tarixçilərin tez-tez müraciət etdiyi bir aforizm var: “Tarix təkrar olunur”. Mustafa Mahmudovun 1918-ci il üçün təsvir etdiyi mənzərə elə bil 1988-ci il üçün deyilib. Nə qədər acı və kədərli olsa da, hərbi-siyasi mənzərə çox tanış gəlir...

Zaqafqaziya Seyminin üzvü Məhəmməd Yusif Cəfərov isə hər şeyin aydın göründüyü məclisdə daha konkret danışır: “Düşünürəm ki, Bakıda vəziyyət həyəcanlı, dramatik, faciəli olduğu halda mənim burada geniş danışmağıma ehtiyac yoxdur. Hesab edirəm ki, hökumət Seymin Rəyasət Heyəti və müəyyən fraksiyalar ilə birgə fövqəladə müşavirə keçirərək təcili tədbirlər müəyyənləşdirməlidir. Mən hökumətdən soruşuram: bu təklif onlara əl verirmi?”

Zaqafqaziya hökumətinin sədri Noy Ramişvili ikibaşlı danışmağa, imitasiya yaratmağa çalışsa da konkret sualdan yayına bilmir: “Sizə də aydındır ki, bir çox səbəblərdən hökumət bu istiqamətdə gördüyü tədbirlər haqqında məlumat verə bilmir. Hesab edirəm ki, biz Zaqafqaziyanın tam səlahiyyətli hökumət orqanıyıq. Düşünürəm ki, Seymin üzvü Cəfərovun ölkənin ağır vəziyyəti ilə bağlı birgə müşavirə keçirmək haqqında təklifi qəbul edilə bilər”.

Zaqafqaziya hökumətinin və Seyminin qeyri-peşəkarlığı, ikili standartlar ilə işləməsi, doğma-ögey prinsipini işə salması və nəhayət, Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə qarşı erməni-daşnak hərbi hissələrinin törətdikləri soyqırımlarına laqeyd münasibəti nəticədə bu qurumun dağılmasına zəmin yaratdı.

Seymin son iclası mayın 26-da oldu. Həmin yığıncaqda Gürcüstan öz müstəqilliyini elan etməklə Azərbaycanı da seçim qarşısında qoydu. Zaqafqaziya Seyminin 44 nəfər üzvü olan Azərbaycan türklərindən yalnız 28 nəfəri Azərbaycan Milli Şurasına üzv olmağa razılıq verdi. Yeni quruma sosial-demokratlar, ittihadçılar və başqaları üzv olmaqdan imtina etdilər. Milli Şura 1918-ci il 27 may tarixli ilk iclasında Məhəmməd Əmin Rəsulzadəni sədr, Həsən bəy Ağayevi müavin və Mustafa Mahmudovu katib seçdi.

Azərbaycanın istiqlalını bəyan etməsi ilə əlaqədar müəyyən hazırlıq işləri görüldükdən sonra Milli Şuranın növbəti iclası ertəsi günə - mayın 28-nə təyin edildi.

Tiflisdəki Zaqafqaziya Seyminin binasında mayın 28-də Azərbaycan Milli Şurasının iclasında bu məsələlər müzakirə olundu:

1. Yelizavetpol (Gəncə) ilə bağlı son hadisələr haqqında doktor Ağayevin məlumatı.

2. Rəsulzadənin Batumdan göndərdiyi teleqram və məktubun oxunması.

3. Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanda vəziyyət.

İclasda Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev deyir: “Əfəndilər, Gəncədən yeni qayıtmışam. Ərz edim ki, Tiflisdə yayılan şayiələrin, söz-söhbətlərin heç bir əsası yoxdur. Ora general Nuru Paşanın rəhbərliyi ilə bir neçə süvari əsgər və 2-3 nəfər zabit təşrif gətirib. Onların Gəncəyə gəlməsinin Azərbaycan həyatının siyasi quruluşu ilə qətiyyən əlaqəsi yoxdur. Ümumiyyətlə türklərin Azərbaycana, Qafqaza gəlişində təcavüzkar niyyət güdülmür. Əksinə türklər maraqlıdır ki, Azərbaycan, Qafqaz respublikaları müstəqil dövlətlər olsunlar”.

Gəncə məsələsinə münasibət bildirildikdən sonra söz Nəsib bəy Yusifbəyliyə verilir. N.B.Yusifbəyli M.Ə.Rəsulzadənin Batumdan göndərdiyi teleqram və məktubun məzmunu ilə şura üzvlərini tanış etmək üçün xitabət kürsüsünə yaxınlaşaraq deyir: “Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə Batumdan göndərdiyi teleqramda Şuranın hər bir əzasına onu dünənki iclasda sədr seçildiyinə görə təşəkkürünü bildirir, Azərbaycanın bu yeni, ali qanunverici qurumunun fəaliyyətinə uğurlar arzulayır. Məktubda isə Batumda may ayının 11-dən Osmanlı dövlətinin rəsmi nümayəndələri, ədliyyə naziri və Dövlət Şurasının sədri Xəlil Paşa və Qafqaz cəbhəsinin komandanı Mehmet Vehib Paşa ilə aparılan danışıqlar barədə məlumat verilir. Diqqətinizə çatdırım ki, danışıqlar uğurla gedir, yaxın bir həftəyə Azərbaycan Milli Şurası ilə Osmanlı dövləti arasında dostluq və əməkdaşlıq haqqında Batum müqaviləsinin imzalanması gözlənilir. Müqavilənin yekun mətni ilə Milli Şura üzvləri tanış ediləcək. Məhəmməd Əmin Rəsulzadə məktubunun sonunda bildirir ki, “türklər ilhaqın əleyhinədir”.

Azərbaycan Milli Şurasının tarixi iclasının gündəlikdə yer alan üçüncü məsələ üzrə söz Şura üzvü Xəlil bəy Xasməmmədova verilir. O, xalqımızın taleyüklü məsələsi barədə düşüncələrini açıqlayır: “Zaqafqaziyada yaranmış siyasi durum, Seymin süqutu, Gürcüstanın müstəqil dövlət yaratması və digər səbəblər gecikdirmədən Azərbaycan Cümhuriyyətini qurmağı, istiqlal bəyannaməsi elan etmək zərurətini artırıb. Milli Şuranın məhz bugünkü iclasında Azərbaycan Cümhuriyyətinin müstəqillik aktını, Əqdnaməsini qəbul etməsək gələcək nəsillər bizi bağışlamaz. Məsuliyyət anı yetişib. Qətliamlara, təcavüzlərə, zorakılığa zaman-zaman məruz qalmış xalqımız bizdən qəti qərar gözləyir”.

Xəlil bəy Xasməmmədovun çıxışından sonra Milli Şura üzvlərindən Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Əkbər Ağa Şeyxülislamov və başqaları çıxış edərək Azərbaycan Cümhuriyyətinin İstiqlal bəyannaməsini elan etməyin zəruriliyini vurğulayırlar. Sonda söz Milli Şuranın üzvü Fətəli xan Xoyskiyə verilir. O deyir: “Qafqazın və dünyanın indiki mürəkkəb durumu hamımıza bəllidir. Hesab edirəm ki, tamhüquqlu Azərbaycan dövlətini, idarəetmə strukturlarını yaratmaq lazımdır, amma Azərbaycanın müstəqilliyini elan etməyə tələsməməliyik. Böyük dövlətlərlə sülh danışıqlarını davam etdirməyə ciddi ehtiyac duyulur. Müstəqilliyin elan edilməsi çətin deyil, onu qorumaq və yaşatmaq əsas məsələdir”.

Milli Şura üzvlərindən Sultan Məcid Qənizadə, Cəfər Axundov və başqaları çıxış edərək Fətəli xan Xoyskinin təklifini dəstəkləyir, müstəqilliyin elanına lüzum görmürlər. Qızğın müzakirələr və mübahisələr səngimək bilmir.

İclasın sədri Həsən bəy Ağayev sakitliyi bərpa etmək məqsədilə karandaşın əks ucunu masaya döyəcləyərək ayağa qalxır və bildirir ki, Azərbaycanın müstəqilliyinin lehinə və əleyhinə iki təklif var. Birinci təklif Xəlil bəy Xasməmmədova, ikinci təklif isə Fətəli xan Xoyskiyə aiddir. Hər iki təkliflə əlaqədar fərqli mövqelər sərgiləndi. Mən birinci Xəlil bəy Xasməmmədovun təklifinə - Azərbaycanın müstəqilliyinə səs verməyə Sizi dəvət edirəm! Bu səsvermədə bitərəf qalmaq istəyənlər lütfən məclisi tərk etsinlər.

İclas zalına sükut çökür, heç kəs yerindən tərpənmir. Milli Şura üzvləri arasında adbaad, açıq səsvermə keçirilir. İclasın katibi Mustafa Mahmudov adları bir-bir oxuduqca hər kəs ayağa qalxaraq “razıyam” deyir. Hər kəsin çöhrəsində sevinc, qürur hissi təcəssüm tapır...

Həsən bəy Ağayev adbaad, açıq səsvermənin nəticəsini bəyan etmək üçün ayağa qalxaraq deyir: “Bu saat, yəni axşam doqquza on dəqiqə işləmiş Azərbaycan istiqlaliyyətini Milli Şura qəbul etdi. Müstəqilliyin lehinə 24 nəfər Milli Şura üzvü səs verdi. Əleyhinə yoxdur. İki nəfər - Sultan Məcid Qənizadə və Cəfər Axundov bitərəf qaldı. İstiqlal bəyannaməsinin hazırlanması üçün bir saatlıq fasilə elan edir, Cümhuriyyət hökumətimizi təbrik edirəm”.

Bir saatlıq fasilədən sonra Həsən bəy Ağayev İstiqlal bəyannaməsini Milli Şura üzvlərinin diqqətinə çatdırır. Bəyannamədə Azərbaycanın müstəqil dövlət olduğu, dövlətin Xalq Cümhuriyyəti formasında idarə edildiyi bildirilir.

Əkbər Ağa Şeyxülislamov bir xatirəsində yazırdı ki, Milli Şura üzvlərindən çoxunun gözləri yaşarmışdı, sevincdən bir-birilərini qucaqlayıb əllərini sıxırdı...

Tiflisdə, Canişin sarayının önünə toplaşan on beş mindən çox insan “Yaşasın Müstəqil Azərbaycan” - deyərək Milli Şura üzvlərini sevinc və coşqu ilə alqışlayırlar.

Həsən bəy bəyan edir ki, Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırıb. Fasilədən sonra Milli Şurada ilk hökumət kabinəsinin tərkibi təsdiqləndi. İlk hökumətdə vəzifələr belə bölüşdürülüb:

“Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrov Paşa bəy Sultanov - hərbi nazir; Məhəmməd Həsən Hacınski - xarici işlər naziri; Nəsib bəy Yusifbəyli - maliyyə və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Məhəmməd Yusif Cəfərov - ticarət və sənaye naziri; Əkbər Ağa Şeyxülislamov - əkinçilik və əmək naziri; Xudadad bəy Məlik-Aslanov - yollar, poçt və teleqraf naziri”.

İki gündən sonra - 1918-ci il may ayının 30-da Fətəli xan Xoyskinin imzası ilə dünyanın ən böyük siyasi mərkəzlərinə - London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Moskva, Roma, Buxarest, Tokio, Haaqa, Kopenhagen, Stokholm və başqa şəhərlərə radioteleqram göndərilir. Radioteleqram lentlərində yazılırdı: “Bu gündən etibarən Azərbaycan xəlqi müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xəlq Cümhuriyyəti... müvəqqəti paytaxtı isə Gəncə şəhəridir...”

Müstəqilliyə gedən əzablı yollar Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə məntiqi nəticəsinə çatır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH