Şiddətli yağışlar Pakistanda fəsadlar törədib, Ravalpindidə fövqəladə vəziyyət elan edilib
İslamabad, 17 iyul, Hilal Əhməd, AZƏRTAC
Şiddətli yağışlar Pakistanın bir çox bölgəsində fəsadlar törədib və insan tələfatına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Ravalpindidə daşqınlarla əlaqədar olaraq, fövqəladə vəziyyət elan edilib. Köməksiz vəziyyətdə qalmış insanları xilas etmək üçün ordu qüvvələrinin dəstəyindən istifadə olunur.
Xilasetmə rəsmilərinin bildirdiyinə görə, güclü yağışlar Pakistanın, o cümlədən Pəncabın bir hissəsini vurmağa davam edir. İslamabad və şəhərin kənarlarına 230 millimetrdən çox yağış düşüb.
Xatırladaq ki, Pakistanda yağışlar nəticəsində ölənlərin sayı 124 nəfərə yüksəlib. Son iki gündə təkcə Pəncabda azı 28 nəfər ölüb, yüzdən çox insan yaralanıb.
Hilal Əhməd
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]