İQTİSADİYYAT
Sığorta maarifləndirilməsi tədbirləri davam etdirilir
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB), TSEV - Türk Sigorta Enstitüsü Vakfı və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında müvafiq əməkdaşlığa dair razılığa əsasən, Türkiyənin peşəkar sığorta mütəxəssislərinin cəlb edilməsi yolu ilə sığorta sahəsində peşəkar kadrların hazırlığının daha da gücləndirilməsi məqsədilə təşkil edilmiş sistemli və ardıcıl təlimlər proqramı çərçivəsində aktuar kurslarının birinci mərhələsi və anderrayterlər ucun seminarlar başa çatıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə təşkil olunmuş tədbirdə Mərkəzi Bankın Baş direktoru Ziya Əliyev və Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev aktuariləri və anderayterləri təbrik edib, ölkəmizdə sığorta sektorunun inkişafı üçün görülən işlərdən danışıb.
Uğurlu aktuarilərə və anderayterlərə uyğun olaraq şəhadətnamələr və sertifikatlar təqdim edilib. Təqdimat zamanı iştirakçıların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]