Şimali Makedoniya Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib
Skopye, 29 fevral, AZƏRTAC
Şimali Makedoniya hökuməti Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Makedoniyanın Baş naziri Tələt Cəfəri Tiranada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə deyib.
Tələt Cəfəri bildirib ki, ölkəsi Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinə tam əməl olunması, eləcə də G7 ölkələrinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamədə iştirak edib.
Görüşdə liderlər Ukraynanın Avro-Atlantik məkanına inteqrasiyasına dair Şimali Makedoniya və Ukraynanın birgə bəyannaməsini imzalayıb. Bəyannamədə Rusiya qoşunlarının və silahlı birləşmələrinin Ukraynanın suveren ərazisindən dərhal və tam çıxarılması qeyd olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]