Şirvan şəhərində evlərdən oğurluq edən şəxslər tutulublar
Bakı, 24 avqust, AZƏRTAC
Şirvan şəhəri ərazisində beş evdən oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhər ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən F.Eyvazov və Q.Xəlilov Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Bundan başqa, Şirvan Şəhər Polis Şöbəsinə avqustun 13-də evlərin birindən 1960 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun Gəncə şəhər sakini A.Səfərov tərəfindən törədilməsi müəyyən edilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində A.Səfərov Gəncə şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]