“SİYASƏTNAMƏ” KİTABI NƏŞR EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Çıraq” nəşriyyatında Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülkün “Siyasətnamə” kitabı nəşr edilmişdir.
Nizamülmülk səlcuq sultanlarından Alp Arslan Toğrulun və Məlik şahın vəziri olmuşdur. O, Səlcuqilər dövlətinin genişlənib möhkəmlənməsində, ordunun qüvvətlənməsində, ölkənin iqtisadi qüdrətinin artmasında, elm və mədəniyyətin inkişafında çox böyük işlər görmüşdür. Nizamülmülk dövrünün alimləri sıx əlaqə qurmuş, Ömər Xəyyamın yaxın dostu olmuşdur.
Kitabda hələ Toğrul dövründən dövlət məsələlərinə müdaxilə edən müəllifin geniş müşahidə və tövsiyələri, xarici və daxili siyasət, ölkənin idarə edilməsi ilə bağlı məsləhətləri və qayda-qanunlar haqqında mülahizələri əksini tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [12:14]
Fransada türk mədəniyyətini tanıdan “Festiv’Alp” festivalı təşkil olunub
- 19.05.2026 [12:01]
“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında
- 19.05.2026 [11:41]
Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçilib
- 19.05.2026 [11:05]
Gənclər Kitabxanasının yeni materialları istifadəçilərə təqdim edilib
- 19.05.2026 [10:27]
Azərbaycanın novator şairi
- 19.05.2026 [10:18]