Siyəzən sakininə məxsus həyətyanı sahədən çətənə kolları və marixuana aşkarlanaraq götürülüb
Bakı, 17 avqust, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini Ş.Hacıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu və 1,1 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər sakini A.Qədirovun idarə etdiyi “VAZ-2112” markalı avtomobilə baxış keçirilib. Baxış zamanı oradan metamfetamin, bir ədəd beşbarmaq və iki ədəd bıçaq aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.