Slovakiya Ukraynaya hərbi yardımı dayandıracaq
Vyana, 27 oktyabr, AZƏRTAC
Slovakiyanın yeni Baş naziri Robert Fitso ölkəsinin Ukraynaya hərbi yardımını dayandıracağını elan edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə yeni seçilmiş parlamentin ilk iclasında söyləyib. O bildirib ki, yeni hökumət Slovakiyanın Ukraynaya dəstəyini yalnız humanitar və mülki yardım kimi görür, artıq silah-sursat yardımı etməyəcək. “Ukraynadakı müharibə bizim deyil, bizim müharibə ilə heç bir işimiz yoxdur”, - deyən hökumət başçısı hərbi əməliyyatların dayandırılmasının Ukrayna üçün ən yaxşı variant olduğunu və Aİ-nin silah tədarükçüsündən sülh vasitəçisinə çevrilməsinin önəmini vurğulayıb.
Bu mövqeyi ilə R. Fitso hələ seçki kampaniyası vaxtı öz seçicilərinə verdiyi vədi yerinə yetirmək niyyətindədir. Sentyabrın 30-da baş tutan növbədənkənar parlament seçkilərində qalib gələn “İstiqamət - Sosial-Demokratiya” (Smer-SD) partiyasının rəhbəri hakimiyyətə gələcəkləri təqdirdə Ukraynaya silah tədarükünə son verəcəklərini ifadə etmişdi.
Ekspertlər hesab edirlər ki, Slovakiya hökumətinin bu qərarı Ukraynaya göstərilən hərbi yardımın həcminin digər ölkələrlə müqayisədə az olması səbəbindən münaqişəyə ciddi təsir göstərməyəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]