Slovakiya yığmasının məşqçisi: Azərbaycan millisi güclü və keyfiyyətli komandadır
Bakı, 14 oktyabr, AZƏRTAC
“Əminəm ki, Azərbaycanla dueldən qalib ayrılacağıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbolçu kimi vaxtilə “Qəbələ”də çıxış etmiş Slovakiya yığmasının məşqçisi Pavel Farkaş UEFA Millətlər Liqasının C Divizionunun IV turunda Bakıda Azərbaycan yığması ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, Azərbaycan millisinin güclü və keyfiyyətli komanda olduğunu bildirib: “Bizim də gücümüz var. Rəqibimiz taktiki hazırlığı yüksək olan komandadır. Azərbaycanlıların döyüş idman növlərində daha çox uğur qazanmasına təəccüblənmirəm. Onlar meydanda əsl döyüşçü kimi mübarizə aparırlar. Hətta futbol meydanlarında belə, qərar verə bilən keyfiyyətli oyunçuları var. Fernandu Santuşun komandası doğma meydanda oynayacağı üçün güclü azarkeş dəstəyinə sahib olacaq. Lakin slovakiyalı futbolçuların hər biri öz rolunu layiqincə yerinə yetirsə, uğurlu nəticə qazanacağıq. Əgər məğlub olsaq, ümidimizi itirməyəcəyik. Çünki qarşıda bizi daha iki oyun gözləyir”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]