Slovakiyada da koronavirusa qarşı peyvənd olunmayanlar üçün lokdaun qüvvəyə minir
Bratislava, 19 noyabr, AZƏRTAC
Qonşu Avstriyada olduğu kimi Slovakiyada da koronavirusa qarşı peyvənd olunmayanlar üçün lokdaun qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, noyabrın 22-də qüvvəyə minəcək bu qərar ölkədəki xəstəxanalardakı vəziyyəti yüngülləşdirməyə xidmət edir. Bu barədə məlumat verən Baş nazir Eduard Heqer məhdudiyyətlərin ilk növbədə peyvənd olunmayan şəxslərin qorunmasına xidmət etdiyini bildirib.
Yeni qaydalar peyvənd olunanlar və COVID-19 xəstəliyindən sağalanlara şamil olunmayacaq. Sərt məhdudiyyətlər xəstəxanalardakı vəziyyətin ağırlaşması və təcili olmayan cərrahi əməliyyatların təxirə salınması fonunda səhiyyə qurumlarının xəbərdarlığı və yardım çağırışlarından sonra tətbiq olunub.
Noyabrın 22-dən etibarən Slovakiyada peyvənd olunmamış şəxslər kütləvi tədbirlər, qastronomiya obyektləri, otel və ticarət mərkəzlərinə daxil ola bilməyəcəklər. Ərzaq məhsulları və təxirəsalınmaz malların alınması, eləcə də xidmətlərin göstərilməsi isə gigiyena tədbirlərinə əməl olunması ilə mümkün olacaqdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]