Slovakiyanın Baş naziri maliyyə naziri ilə postlarını dəyişə bilər
Bratislava, 29 mart, AZƏRTAC
Slovakiyanın Baş naziri, mühafizəkar “Adi insanlar və müstəqil şəxsiyyətlər” (OľaNO) partiyasının rəhbəri İqor Matoviç maliyyə naziri Eduard Heqerin xeyrinə tutduğu vəzifədən istefa verəcəyini elan edib.
AZƏRTAC xəbər verir ki, hökumətin tərkibində qalmaq niyyətində olan İ. Matoviç maliyyə naziri vəzifəsini tutmalıdır. Hökumət rəhbərliyində yerdəyişmə koalisiyada təmsil olunan dörd partiyadan üçünün nümayəndələrinin məsləhətləşmələrindən sonra bəyan edilib. Hökumətdə təmsil olunan liberal “Azadlıq və Həmrəylik” partiyasının bu yerdəyişməyə münasibəti isə hələlik məlum deyil. Partiyanın rəhbəri Rixard Sulik Baş nazirin tələbinə uyğun olaraq martın 23-də iqtisadiyyat naziri və Baş nazirin müavini vəzifələrindən istefa vermiş, bununla da İqor Matoviçin istefası üçün mühüm şərtlərdən biri icra olunmuşdu.
Qeyd edilməlidir ki, “Azadlıq və Həmrəylik” partiyası olmadan da digər üç partiya parlamentdə mütləq səs çoxluğunu təmin edə bilir. Ona görə də liberalların mövqeyini gözləmədən hökumətdəki “qalaqurma” barədə razılıq əldə olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]