Smartfonların satışı artmış, telefonlara tələbat azalmışdır
Bakı, 17 noyabr (AZƏRTAC). “Gartner” tədqiqat şirkəti cari ilin üçüncü rübündə smartfon və mobil telefonların satışına dair məlumatları dərc etmişdir.
Məlumata görə, rüb ərzində ümumilikdə 427,7 milyon mobil telefon satılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz azdır.
Birinci yerdə “Samsung”, ikinci yerdə isə “Nokia” şirkəti qərarlaşmışdır.
Ötən ilin analoji dövrü ilə müqayisədə mobil telefonların satış həcminin azalması fonunda smartfonların populyarlığı xeyli artmışdır. Bu kateqoriyalı qurğuların satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,9 faiz artmışdır.
Hazırda smartfonların mobil qurğuların satış həcmində xüsusi çəkisi 39,6 faiz təşkil edir.
Smartfonlar bazarında lider “Samsung” və “Apple” şirkətləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [14:37]
Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib
- 19.05.2026 [14:36]
Pulkovo aeroportunda on beş reys təxirə salınıb və ya ləğv edilib
- 19.05.2026 [14:22]
Misirdə avtovağzalda baş verən atışmada doqquz nəfər ölüb
- 19.05.2026 [13:04]
Almaniyanın Vitse-kansleri: İran müharibəsi qlobal iqtisadiyyatı təhdid edir
- 19.05.2026 [12:32]