SOCAR 2023-cü ilədək İsveçrədə 20 sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikəcək
Bakı, 16 dekabr, AZƏRTAC
2023-cü ilədək SOCAR İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi inşa edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Hesabatda qeyd edilir ki, “SOCAR Energy Switzerland” İsveçrə bazarında neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğuldur. 2012-ci ildə SOCAR və “ExxonMobil” şirkətləri arasında imzalanan müqavilə əsasında “Esso Switzerland” şirkətinin aktivləri SOCAR-ın nəzarətinə keçib. SOCAR 6 il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksəkkeyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olub. SOCAR-ın İsveçrədəki fəaliyyəti nəticəsində bu ölkədə 200 yanacaqdoldurma məntəqəsindən (YDM) ibarət topdansatış şəbəkəsi, Vanqen-Oltendə yerləşən qazdoldurma zavodu, Cenevrə və Sürixin hava limanlarında yerləşən təyyarə yanacağı məntəqələri “SOCAR” brendi ilə fəaliyyətini davam etdirməkdədir. 2019-cu ildə 4 YDM fəaliyyətə başlayıb.
“SOCAR Energy Switzerland” şirkəti tərəfindən 2019-2023-cü illərdə İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsinin tikintisi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]