SOCAR-ın prezidenti Moldovanın energetika naziri ilə görüşüb
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Moldova Respublikasının energetika naziri Viktor Parlikov ilə görüşüb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinin, o cümlədən Cənub Qaz Dəhlizinin reallaşmasının Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi vurğulanıb. Ölkələrimiz arasında müxtəlif istiqamətlərlə yanaşı, energetika sahəsində, o cümlədən neft və qaz sənayesində əməkdaşlığın genişləndirilməsi istiqamətində önəmli addımların atıldığı qeyd edilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:33]
Səbail rayonunda su təchizatı bərpa olunub
- 13.10.2026 [13:26]
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
- 13.10.2026 [12:49]
“Bug bounty” proqramına start verilir
- 13.10.2026 [12:27]