“ŞÖHRƏT” ORDENİ SAHİBLƏRİNƏ TƏQDİM EDİLMİŞDİR
Milli Məclisin sədri Oqtay Əsədov aqrar bölmənin inkişafında xidmətlərinə görə deputat Eldar İbrahimova, ictimai-siyasi xidmətlərinə görə deputat Miri Qəmbərova və respublikamızın ictimai-siyasi həyatında fəal iştirakına görə Mixail Zabelinə “Şöhrət” ordeni və onun vəsiqəsini təqdim etmişdir.
Oqtay Əsədov Milli Məclisin üzvlərinə ürək sözlərini çatdırmış, xoş arzularını bildirmiş, bundan sonrakı həyat və fəaliyyətlərində onlara uğurlar arzulamışdır.
“Şöhrət” ordeninə layiq görülmüş deputatlar xalqımıza bundan sonra da ləyaqətlə xidmət edəcəklərini, Azərbaycanın çiçəklənməsi, eləcə də, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklərini söyləmişlər. Milli Məclisin üzvləri bu ali mükafata və onların əməyinə verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]