Son 8 ayda 1356 nəfər “Sürücü Təlim Mərkəzi”ndə təlimlərdə iştirak edib
Bakı, 11 iyun, Elvin Camalov, AZƏRTAC
Son 8 ayda 1356 nəfər “Sürücü Təlim Mərkəzi”ndə keçirilən təlimlərdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018), VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road&Traffic 2018) sərgilərində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təlimləri uğurla başa vuran sürücülərin adları peşəkar sürücü bazasına daxil edilib. Hazırda Bakı ərazisində 3060 nəfər avtobus sürücü var. Daşıyıcı şirkətlərdə çalışan sürücülər təlimlərdən keçdikdən sonra heç bir daşıyıcı şirkətdə çalışmayan sürücülər də bu təlimlərdə iştirak edə bilərlər. Həmçinin təlimi uğurla başa vurmayan sürücülərin də təkrar təlimdə iştirak etmələri mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]