Son günlər intensiv yağış nəticəsində respublikanın əksər çaylarında sululuq artıb
Bakı, 5 oktyabr, AZƏRTAC
“Aprel ayından bu günə qədər respublikanın dağlıq ərazilərində, dağ çaylarında 147 sel hadisəsi qeydə alınıb. Bunun əksər hissəsi Böyük və Kiçik Qafqazın çaylarında müşahidə edilib”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
A.Verdiyevin sözlərinə görə, son günlər intensiv yağış nəticəsində respublikanın əksər çaylarında sululuq artıb: "Bu gün Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda, Viləşçayda suyun səviyyəsində 1 metrdən çox artım müşahidə edilib. Avtomat stansiyaların məlumatına əsasən çaylarda azalma müşahidə olunmaqdadır. Sonrakı günlərdə hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır ki, nəticədə çaylarda sululuğun nisbətən azalacağı gözlənilir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:29]
Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb
- 02.10.2026 [13:16]