SON MƏNZİLƏ
Vida mərasimini təhsli naziri Misir Mərdanov açaraq Sona Tağıyevanın həyatından və pedaqoji fəaliyyətindən danışdı. Bakı Şəhər Baş Təhsil İdarəsinin rəisi, Təhsil İslahatı üzrə Layihənin Əlaqələndirmə Qrupunun rəhbəri Asif Cahangirov, respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, ombudsman Elmira Süleymanova, Səbail rayon Təhsil Şöbəsinin müdiri Sara Xanlarova, məktəbin məzunları, müəllimlər 59 il direktoru olduğu 190 nömrəli məktəbdə Sona xanımın Azərbaycan maarifinin inkişafı uğrunda xidmətlərindən danışdılar. Mərhumun yüksək insani keyfiyyətləri, uzunmüddətli pedaqoji fəaliyyətinin unudulmaz məqamları bir daha yada salındı.
Sonra mərhumun cənazəsi qəbiristanlığa gətirilərək torpağa tapşırıldı.