Son sutkada Qırğızıstanda COVID-19-a 196 nəfər yoluxub
Bişkek, 21 avqust, АZƏRTAC
Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 196 nəfər tutulub və bu günədək yoluxanların sayı 42 min 703 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saatda virusdan 2 xəstə dünyasını dəyişib və ölənlərin sayı yeni statistikaya görə 1059 nəfərə çatıb.
Son gündə 14, ümumiyyətlə isə 3 min 73 tibb işçisində virus aşkar olunub.
Qeyd edilib ki, ötən gecə Moskvadan Oş şəhərinə 297, Sankt-Peterburqdan isə Bişkekə 140 Qırğızıstan vətəndaşı gətirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]