Son üç ayda İstanbulu 90 minə yaxın əcnəbi tərk edib
Bakı, 15 sentyabr, AZƏRTAC
Son üç ayda Türkiyədə 75 mindən çox qeyri-qanuni miqrant saxlanılıb, onların bəziləri artıq ölkədən çıxarılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, son 90 gündə ölkədə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə 1285 əməliyyat təşkil olunub: “İmmiqrant qaçaqmalçılığı fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən əməliyyatlar zamanı 2159 nəfər saxlanılıb. Onlardan 543-ü həbs edilib, 207 şübhəli barəsində isə məhkəmə qərarı çıxarılıb. Əməliyyatlar çərçivəsində ümumilikdə 75 min 442 qanunsuz miqrant saxlanılıb. 32 min 563 miqrant deportasiya edilib. Qalan qeyri-qanuni mühacirlərlə bağlı prosedurlar davam edir. Bu müddətdə İstanbulu 89 min 396 əcnəbi tərk edib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]