Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son və həlledici həmlə: Ermənistanda siyasi mübarizənin özəllikləri

Son və həlledici həmlə: Ermənistanda siyasi mübarizənin özəllikləri

Bakı, 18 fevral, AZƏRTAC

Hərbi məğlubiyyət Ermənistan siyasi mühitində böyük canlanma yaratdı. Erməni cəmiyyəti təslim aktının kədərini və məyusluğunu yaşadığı bir zamanda erməni siyasətçilər fürsətdən yararlanaraq taleyinə təslimçilik aktını imzalamaq missiyası düşən Paşinyanı devirmək və siyasi hakimiyyətə yiyələnmək üçün mübarizə meydanına atıldılar. 2018-ci il inqilabından sonra keçirilən seçkilərdə uğursuz olmuş çoxsaylı cırtdan partiyaları təmsil edən psevdo-siyasətçilər daha çox vətənpərvər olduqlarını göstərmək üçün revanş şüarı altında birləşdilər və hələ də müharibənin ağır itkilərinə yas tutan xalqı meydana çağırdılar. Müharibənin nəticələrini dəyişmək kimi cəlbedici şüarların bolluğuna baxmayaraq, xalq onları dəstəkləmədi və onlar az sonra meydanda tək qaldıqlarını gördülər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Son və həlledici həmlə: Ermənistanda siyasi mübarizənin özəllikləri” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Təmsilçilik funksiyasından başqa heç bir real səlahiyyətə malik olmayan prezident Armen Sarkisyan da özü üçün xoşbəxt saatın gəldiyini qət edib baş nazir Nikol Paşinyana qarşı təzyiqlərin artması üçün əlindən gələni etdi. Ermənistanın ən gərgin günlərində prezident bir tərəfdən, heç bir səlahiyyətinin olmaması barədə və guya “olsaydı təslimçiliyə yol verməyəcəkdi” kimi eyhamlarla dolu mesajlarını xalqa ünvanlayır, digər tərəfdən, demək olar ki, hər gün Paşinyana müxalif mövqedə dayanan ən radikal siyasi qüvvələrlə görüşərək siyasi meydanda özünün hakimiyyətə gedən yolunu açmağa başladı. Paşinyanla müxalifət arasında öz məkrli oyununu aparan Sarkisyanın əsl məqsədi tezliklə həm xalqa, həm də hakimiyyətə gəlmək üçün dəridən-qabıqdan çıxan müxalifətə aydın oldu. Beləliklə, “toy generalı”nın əsl generala çevrilmək arzusu daşa dirəndi. Yaranmış pərtliyi ört-basdır etmək üçün məzuniyyət götürüb Londona yola düşən prezident orada “xəstələndi” və siyasi hakimiyyət ehtiraslarını söndürmək üçün düz bir aylıq “meditasiyaya” oturdu.

Sarkisyanın qürubu ilə əsas fiqurlardan birinin artıq sıradan çıxdığına əmin olan Koçaryan kölgədən çıxmağa başlayır. Keçmişi həm Azərbaycanda, həm də Ermənistanda qatı cinayət əməlləri ilə xatırlanan və yeni hakimiyyət tərəfindən dalana sıxılmış Koçaryan öz adı ətrafında “təcrübəli dövlət xadimi” imicinin yaradılması ilə siyasi səhnəyə qayıtmağa cəhd göstərir. Cəhdin uğurlu alınacağı halda Koçaryan özünün 2 əsas problemini həll etməyə çalışır: siyasi hakimiyyətə gələcəyi təqdirdə Ermənistana rəhbərlik etdiyi illərdə törətdiyi cinayətlərə görə məsuliyyətdən yaxa qurtarmaq və bu dəfə özünü yeni ampluada, “erməni xalqının xilaskarı” obrazında cəmiyyətə sırımaq. Keçən həftə Moskvada olarkən “Sputnik” telekanalına verdiyi müsahibəsində Koçaryan deyirdi: “Biz öz sərhədlərimizin təhlükəsizliyini təmin etmək iqtidarında deyilik. Ordunun bərpası ilə məşğul olmaq üçün siyasi iradə yoxdur. Apatiya səviyyəsi o qədər yüksəkdir ki, sosioloqlar deyirlər ki, bu vəziyyətdə hər hansı sosioloji araşdırma aparmağın mənası yoxdur. İnsanların şokda olması, savaş nəticələrinin olduqca gözlənilməz olması, təkcə hakimiyyətdən yox, ümumiyyətlə dövlətdən məyusluq, ümumiyyətlə, erməni millətinin kifayət qədər dövlət yaradıcı resursunun olub-olmaması haqqında cəmiyyətin şübhələri - bütün bunlar olduqca dərin məyusluqdur, xüsusilə əhalinin intellektual kəsimi üçün. Düşünürəm ki, bütün bunlar çox intensiv miqrasiyaya səbəb ola bilər. İnsanlar sadəcə çıxıb gedəcəklər. Bu məsələdə biz axı çox mobilik. Bizim böyük diasporumuz var və böyük diaspora isə növbəti miqrasiya dalğası üçün real infrastrukturdur. Kimin harada qohumu, sinif yoldaşı, tələbə yoldaşı var, gedib onlara qoşulacaqlar... Hələlik bizi pandemiya məhdudiyyətləri xilas edir. Bu məhdudiyyətlərin aradan götürülməsi, reyslərin sayının artırılması, avtobusla Gürcüstan vasitəsilə ölkədən çıxmaq və s imkanları yarananda elə bir köç dalğası başlayacaq ki, heç də az görünməyəcək”.

Elə oradaca “Böyük siyasətə qayıtmışam” deyən Koçaryan Qarabağ və onun gələcəyi haqqında bir kəlmə də danışmır. Qisas şüarlarının dəstəklənmədiyini görən hiyləgər Koçaryan müharibədəki məğlubiyyətin səbəbini Paşinyan hökuməti ilə bağlamaqla 30 il öncə özünün ortaya atdığı Qarabağ macərasını da birdəfəlik qapatmağa və unutdurmağa çalışır. O öz missiyasını artıq “Qarabağ məsələsi”nin dirildilməsi ilə yox, guya xalqın üzləşdiyi problemlərin həlli ilə məşğul olmaqda görür.

Maskalanmaq cəhdlərinə baxmayaraq, erməni cəmiyyətində Koçaryanın faşist ideologiyasına və cinayətkar obrazına qarşı sərt müqavimət davam etməkdədir. Bu müqaviməti həlledici gücə çevirmək üçünsə Paşinyan hökumətinin əlində Koçaryana qarşı lazımi anda açıqlana biləcək kifayət qədər cinayət faktları var. Belə bir şəraitdə Koçaryanın siyasi hakimiyyətə yiyələnərək törətdiyi cinayətlərin izlərini silmək cəhdləri iflasa məhkumdur.

Koçaryan böhranlı vəziyyətdən istifadə edərək qaranlıq keçmişini sıfırlamaq cəhdində tək deyil. Etnik təmizləmə, Xocalı soyqırımı kimi insanlığa qarşı ağır cinayətlərdə onunla çiyin-çiyinə addımlamış Serj Sarkisyan da əslində özünün baiskarı olduğu 10 min erməni hərbçisinin qanı üzərində siyasi reabilitasiya qazanmağa çalışır. Uzun sürən susqunluqdan sonra sükutu pozmağa qərar vermiş Sarkisyan da öz xalqının çıxılmaz vəziyyətindən yararlanaraq növbəti dəfə erməni cəmiyyətini aldatmağa çalışır. Sarkisyanın riyakarlığı onun müsahibəsində tam çılpaqlığı ilə görünür. Sən demə, 2018-ci ildə Sarkisyan ona görə baş nazir olmaq istəyirmiş ki, “Qarabağ məsələsi kimi çətin bir məsələnin həlli məsuliyyətini öz üzərinə götürsün və bunu gələcək nəsillərə saxlamasın”. Sarkisyanın ağ yalanına görə, guya imzalanmaq üçün hansısa sənədlər də hazırlanıbmış. Sarkisyanın özü haqqında “fədakar” obrazı yaratmaq cəhdi erməni riyakarlığının ən bariz nümunəsidir və bu cəhd erməni mətbuatı tərəfindən dərhal ifşa olundu.

Bütün müxalif güclərin hazırkı hakimiyyətə qarşı yönəlməsinə baxmayaraq, məqsədlərin müxtəlifliyi də nəzərdən qaçmır. Müxalifət revanşizmi ilə saxta birlik nümayiş etdirən Koçaryan və Sarkisyan cütlüyünün revanşizmi əslində müharibənin nəticələrinə qarşı deyil, məhz Paşinyan hakimiyyətinə qarşı yönəlib. Onların məqsədi heç də müharibənin nəticələrin aradan qaldırmaq yox, cinayət araşdırmalarına qarşı öz şəxsi təhlükəsizliklərini təmin etməkdən ibarətdir.

Paşinyan hökuməti, öz növbəsində, tədricən müharibə şokundan ayılmağa başlayır. 10 Noyabr Bəyanatından uzaqlaşan hər gün laxlamış Paşinyan hökumətinin mövqeyini bir qədər möhkəmləndirir. Müharibə mövzusunu qapadaraq yenidən islahatlar haqqında anonslar verən hökumət üzvləri getdikcə “köhnə qvardiya”ya qarşı daha inamlı müqavimət göstərirlər. Beynəlxalq təmaslarda üçtərəfli Bəyanatın müddəalarına sadiqliyini təkrarlamaqdan başqa çarəsi qalmayan baş nazir daxili siyasətində xalqı islahatlar yolunun doğruluğuna inandırmağa çalışır və hətta regional əməkdaşlığa hazırlıq haqqında mesajlar da verməyə başlayır.

Hələlik vahid blokda çıxış edən Ermənistan müxalifəti isə fevralın 20-də növbəti mitinqini keçirməyə hazırlaşır. Müxalifət liderlərinin verdikləri açıqlamalara görə, bu Paşinyan hökumətinə qarşı son və həlledici həmlədir. Ermənistanda siyasi mübarizənin bugünkü mənzərəsi isə onu göstərir ki, gözlənilən mitinq müxalifətin özü üçün də son və həlledici cəhddir. Bu cəhdin uğursuz aqibəti erməni revanşistlərini uzun müddət üçün siyasət səhnəsindən uzaqlaşdıra bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu