Sorğu: İsrailin yerüstü əməliyyat planına dəstək iki dəfə azalıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Yəhudilər arasında İsrail ordusunun Qəzza sektorunda yerüstü əməliyyat keçirmək planına dəstək iki dəfə azalıb.
AZƏRTAC xəbər verir ki, “Maariv” qəzetində dərc olunan sorğunun nəticələrinə əsasən, İsrailin yerüstü əməliyyatını dəstəkləyənlərin sayı həftə ərzində 65 faizdən 29 faizə enib. Bundan başqa, rəyi soruşulan vətəndaşların 49 faizi SAXAL-ın anklavda hərbi əməliyyat keçirmək planlarını təxirə salmalı olduğunu düşünür. Qəzet bu dəyişikliyi HƏMAS hərəkatının əlində olan əsirlər mövzusunun ictimai müzakirələrdə önə çıxması ilə əlaqələndirir.
Sorğu oktyabrın 25-26-da 18 yaşdan yuxarı 522 israilli arasında keçirilib.
İsrail ordusunun açıqladığı son məlumata görə, HƏMAS-ın əlində ən azı 229 əsir var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]