CƏMİYYƏT
Sosial siyasət sahəsində keçirilən təlimlər başa çatıb
![](/files/galleryphoto/2023/2/1200x630/16845983386413333158_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16845983383456027250_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16845983383511511197_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16845983384245863048_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/1684598338641284553_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/168459833845030558_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16845983383739616024_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16845983385929219342_1200x630.jpeg)
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda növbəti təlimlər keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, Ağdaş, İsmayıllı və Şəki rayonlarında keçirilən təlimlərə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək başlanılıb.
Aprelin 27-dən start verilən təlimlər Bakı, Sumqayıt şəhərlərində, Tərtər, Bərdə, Ağdam, Salyan, Ağdaş, İsmayıllı və Şəki rayonlarında keçirilib.
Ölkə ərazisinin 9 şəhər və rayonunda keçirilən təlimlərdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, təlimçi Aris Məmmədov, rayon icra hakimiyyətlərinin nümayəndələri, İctimai Birliyin regionlar üzrə əməkdaşları, Qarabağ müharibəsi iştirakçıları, veteranları, qazilər və media nümayəndələri iştirak ediblər.
Təlimlər zamanı şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə dövlətimizin uğurla apardığı sosial siyasət və bu sahə üzrə qəbul olunmuş qanunlar haqqında maarifləndirici məlumatlar verilib.
Eyni zamanda, tədbir iştirakçılarına onların hüquqlarının, müvafiq qanunvericilik aktlarının və hər hansı problemlərinin hüquq müstəvisində həlli üçün müraciət edə biləcəkləri müəyyən ünvanların əks olunduğu kitabçalar hədiyyə edilib.