Soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 18 sentyabr (AZƏRTAC). Sentyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan xalqının soyqırımı qurbanları” fotosərgisi layihəsi çərçivəsində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə reallaşdırılmışdır.
İB-nin sədri Elşən Uluxanlı bildirmişdir ki, layihənin məqsədi erməni şovinistlərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin qurbanlarına həsr edilmiş fotosərgilərin keçirilməsindən, bu iyrənc siyasətin mahiyyətini bütün dünyaya yaymaqdan ibarətdir.
Bildirilmişdir ki, bu layihə çərçivəsində XIX- XX əsrlərdə erməni terror təşkilatlarının azərbaycanlılara qarşı keçirdikləri qanlı aksiyalar gənc nəslə çatdırılacaqdır. Həmçinin həyata keçiriləcək layihələr gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək verəcəkdir.
Tədbirdə ermənilərin dəfələrlə Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş muzeyin yaradılacağı da vurğulanmışdır.
Tədbir canlı diskussiya şəraitində davam etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]